İmtahanlar

Xaricdə təhsil üçün ən çox tələb olunan imtahanlar: formatı, bal şkalası və hazırlıq tövsiyələri.

IELTS Academic

Ən geniş qəbul edilən ingilis dili imtahanı; Britaniya, Avropa, Kanada və Avstraliya universitetləri.

Bal şkalası
0–9 (0.5 addımla)
Müddət
təxminən 2 saat 45 dəq
Etibarlılıq
2 il

Format

  • Listening: 4 hissə, təxminən 30 dəqiqə
  • Reading: 3 mətn, 60 dəqiqə
  • Writing: 2 tapşırıq (qrafik təsviri və esse), 60 dəqiqə
  • Speaking: imtahan verənlə canlı müsahibə, 11–14 dəqiqə

Müəllimlərimizin tövsiyəsi

Ən çox bal itirilən hissə Writing Task 2-dir. Hər həftə ən azı iki esse yazıb rəy almaq Reading-ə əlavə saat ayırmaqdan daha çox nəticə verir.

TOEFL iBT

ABŞ universitetlərinin ən çox tanıdığı ingilis dili imtahanı; bütün hissələr kompüterdə.

Bal şkalası
1–6 (2026-dan yeni şkala), keçid dövründə 0–120 də göstərilir
Müddət
təxminən 1.5–2 saat
Etibarlılıq
2 il

Format

  • Reading və Listening: adaptiv bölmələr
  • Writing: qısa yazılı cavablar
  • Speaking: mikrofona yazılan cavablar
  • Bütün imtahan kompüterdə, mərkəzdə və ya evdən

Müəllimlərimizin tövsiyəsi

Speaking-də cavab strukturunu əvvəlcədən hazırlamaq vacibdir: vaxt qısadır və düşünməyə vaxt qalmır.

Digital SAT

ABŞ universitetlərinə bakalavr qəbulu üçün standart test; bir çox top universitet yenidən tələb edir.

Bal şkalası
400–1600
Müddət
təxminən 2 saat 14 dəq
Etibarlılıq
Universitetlər adətən son 5 ilin nəticəsini qəbul edir

Format

  • Reading and Writing: 2 modul, 64 dəqiqə
  • Math: 2 modul, 70 dəqiqə, kalkulyator icazəlidir
  • Rəqəmsal və adaptiv: ikinci modulun çətinliyi birincinin nəticəsindən asılıdır
  • Bluebook proqramı ilə

Müəllimlərimizin tövsiyəsi

Adaptiv formatda birinci modul həlledicidir. Orada səhvləri azaltmaq yüksək bal üçün ən vacib şərtdir.

Duolingo English Test

Evdən verilən onlayn ingilis dili imtahanı; ABŞ və Avropada minlərlə proqram qəbul edir.

Bal şkalası
10–160
Müddət
təxminən 1 saat
Etibarlılıq
2 il

Format

  • Adaptiv sual tipləri: oxu, dinləmə, yazı, danışıq
  • Sonda video müsahibə və yazı nümunəsi universitetə göndərilir
  • Nəticə adətən 2 gün ərzində

Müəllimlərimizin tövsiyəsi

Universitetin Duolingo qəbul etdiyini əvvəlcədən yoxlayın: bəzi top proqramlar yalnız IELTS və ya TOEFL istəyir.

GRE General Test

Xaricdə magistr və PhD proqramları üçün ümumi test.

Bal şkalası
Verbal 130–170, Quant 130–170, Writing 0–6
Müddət
təxminən 1 saat 58 dəq
Etibarlılıq
5 il

Format

  • Analytical Writing: 1 esse
  • Verbal Reasoning: 2 bölmə
  • Quantitative Reasoning: 2 bölmə

Müəllimlərimizin tövsiyəsi

Verbal hissədə lüğət tək başına kifayət etmir: kontekstdən məna çıxarmağı mətn üzərində məşq edin.

GMAT Focus Edition

MBA və biznes magistr proqramları üçün imtahan.

Bal şkalası
205–805
Müddət
təxminən 2 saat 15 dəq
Etibarlılıq
5 il

Format

  • Quantitative Reasoning
  • Verbal Reasoning
  • Data Insights
  • Hər bölmə 45 dəqiqə

Müəllimlərimizin tövsiyəsi

Data Insights bölməsi qrafik və cədvəl oxumağı yoxlayır. Ona ayrıca vaxt ayırın.

İmtahan formatı və qaydaları dəyişə bilər. Qeydiyyatdan əvvəl rəsmi saytı yoxlayın.